PilatesLife®

PilatesLife studiyası 2 iyun 2017-ci il tarixində yaradılmışdır. Studiya, artıq çəki ilə mübarizə aparan, müxtəlif dayaq-hərəkər xəstəliklərindən əziyyət çəkən və sadəcə sağlam həyat tərzi sürən vətəndaşlarımız və şəhərimizin qonaqları arasında rəğbət qazanmağa nail olmuşdur. Ən vacib hadisələrdən biri studiyanın genişləndirilməsi nəticəsində bir pilates studiyasında çalışan məşqçilərin sayına görə Avropa və MDB məkanında PilatesLife studiyası ən böyük studiya oldu. PilatesLife studiyasının əməkdaşları çoxlu sayda müxtəlif treninqlərdən, o cümlədən ilk yardım göstərilməsi treningindən, skoliozda pilates, hamilələr üçün pilates, doğuşdan sonra bərpa və uşaqlar üçün pilates treninglərindən keçərək öz peşəkarlıq səviyyələrini əhəmiyyətli dərəcədə artırmışlar. Gərgin əməkdən sonra şirkət, malların və xidmətlərin Beynəlxalq təsnifatında PilatesLife® əmtəə nişanı qeydiyyatının təsdiqini almışdır.
Bununla yanaşı şirkət artıq rəsmiləşdirilmiş standartın işlənməsinə start vermişdir. Pilates üçün avadanlıqların müqaviləli istehsalına və satışına başlamışdır. Azərbaycanda ilk Türkiyyə SEAM Academy® proqramı üzrə pilates təlimatçıları hazırlanması üçün Akademiya işə salınmışdır. Bu yahınlarda isə studiyada düzgün qidalanmağə sevənlər üçün Diet Kafe fəaliyyətə başlamışdır. PilatesLife Puma brendinin Azərbaycanda rəsmi rəzsmi distribütoru Azerbaijan Emergy şirkəti ilə əməkdaşlıq etməyə başlamışdır.
PilatesLife studiyasının yaxın planlarında – fəaliyyətin genişləndirilməsi və müştərilərin yola sərf edilən vaxtın ixtisar edilməsinə imkan verən bütöv bir studiyalar şəbəkəsinin yaradılması durur.

Bütün yaşlar üçün ideal seçim

Jozef Pilates özü, onun tərəfindən hazırlanmış metodika üzrə pilateslə hansı yaşda məşğul olmağa
başlamaq haqqında demişdir:

[su_quote]Siz anlamalısınız ki, “fiziki qoçaqlıq” kimi anlayış yoxdur! İnsan orqanizmi saata və ya misdən hazırlanmış hər hansı cihaza bənzəyir. Əgər onu bir tərəfə tullasanız, o pasla və oksidləşmə məhsullarilə örtülməyə başlayacaq, son nəticədə onlar o qədər çoxalacaq ki, mexanizm dayanacaq, belə ki, onun çarxları arasında çirklər o qədər çox toplanacaq ki, sadəcə olaraq o hərəkət etmək vəziyyətində olmayacaq.[/su_quote]

Mərkəzimizin Məşqçiləri

Klubun bütün məşqçiləri fitnes sahəsi üzrə diplomlu və sertifikatlaşmış mütəxəssislər, Beynəlxalq dərəcəli idman ustaları, idman ustalığına namizədlər və sadəcə öz işlərini sevən peşəkarlardır.

Counter Image
0
Kalori yandırılıb
Counter Image
0
Sinif
Counter Image
0
İştirakçı
Counter Image
0
Mükafat

RƏYLƏR

Bizə qoşulun, bu çox sadədir