PilatesLife studiyası hamilə və gənc analar üçün xidmətlər təklif edir

Pilates məşğələlər zamanı:

  • Kürək əzələləri rahatlayir;
  • Çanaq dibi və qarın əzələləri optimal şəkildə gələcək doğuş fəaliyyətinə hazırlanır;
  • Uşaqlıq tonusunun inkişaf riski azalır;
  • Varikoz xəstəliklərinin inkişaf imkanları azalaraq aşağı ətrafların qan dövranı normallaşır;
  • Bağırsaqlarda metabolizm sürətlənir;
  • Məşğələlər – xüsusilə də qrup şəklində – həyəcanlı fikirlərdən yayındırır, sinir sisteminin vəziyyəti stabilləşir, depressiv vəziyyətə düşmək imkanı azalır;
  • Hamilələr üçün məşğələlərə mütləq tənəffüs gimnastikası daxil edilir ki, doğuşdan əvvəl düzgün tənəffüs etməyi öyrənmək çox vacibdir;
  • Doğuşdan sonra hər hansı məşqlərə başlamaq üçün mütləq həkimin təsdiqini almaq lazımdır.
  • Gənc analar üçün pilates bədən əzələlərinin əsaslı və rəvan şəkildə möhkəmləndirilməsinə kömək edir, bununla yanaşı oynaqlara və onurğaya həddən artıq yük düşməsindən qaçılır. Düzgün qidanlanmaqla birlikdə nəticə heyranedici olacaqdır.
  • PilatesLife studiyasında təcrübəli məşqçilərin nəzarəti altında gənc analar artıq çəkilərini ata bilirlər, dərin əzələlərini məşq etdirə bilirlər, hamiləlik vaxtı baş verən duruş dəyişikliyini bərpa edirlər.

Elə hallar var ki, bu vaxt qadınlara pilates ilə məşğul olmaq məsləhət görülmür:

  • Tənəffüs və ürək–damar sistemlərinin iş ilə əlaqədar anamnezdə mövcud olan xəstəliklər;
  • Hamiləliyin ağır gedişi: toksikoz, həddən artıq çəki almaq, şiş ödemlər;
  • Uşaqdüşmə təhlükəsi;
  • Plasentanın aşağı düşməsi;
  • Xroniki və ya hamiləlik vaxtı əmələ gələn dayaq-hərəkət sisteminin iş ilə əlaqədar problemlər.
Məşq Detalları
Uzunluqu:50 dəq
Yer:4-cü mərtəbə
Adam sayı:4-5 nəfər
Qiymət:30₼