PilatesLife® studiyalarında pilates məşğələlərinin aşağıdakı inkaredilməz üstünlükləri vardır:

PilatesLife® komandası sizə sağlam bədən arzu edir və bu arzuya çatmaq üçün sizə hər zaman kömək etmək hazırdır.

Ultramüasir avadanlıqlar

- Studiyaların sərəncamında ultramüasir avadanlıqlar, dünyaca məşhur ixtiraçı və idmanın bu istiqamətinin banisi olan – Jozef Pilatesin özünü təsdiqləmiş sistemi üzrə qrup məşğələləri üçün geniş zallar və fərdi məşğələlər üçün VİP otaqlar mövcuddur.

Peşəkar məşqçilər

- Pilateslife studiyalarının əksər məşqçilərinin 10 ildən artıq iş təcrübəsi vardır. Onlar, Türkiyə Gimnastika Federasiyası tərəfindən lisenziyalaşdırılmış Seam Academy® məktəbində təhsil almış, ixtisaslarını təsdiqləyən sertifikata malik olmaqla, öz işlərinin peşəkar mütəxəssisləridirlər;

Fərdi proqram

- Qısa müddətdə yaxşı məşq nəticələri almaq üçün hər bir müştəri üçün fərdi korreksiya proqramı tərtib olunur;

Hamı məşğul ola bilər

- Mərkəzdə, yaşından (uşaqlarda da daxil olmaqla), ilkin hazırlığından, sağlamlıq vəziyyətdən və digər faktorlardan asılı olmayaraq hər kəs məşq edə bilər. Studiyanın məşqçiləri öz orqanizmini möhkəmləndirmək istəyən hər insan üçün optimal proqram və idman hərəkətləri seçə bilirlər;

Çox saylı masaj otağı

- Studiyalarda çoxlu sayda masaj texnikasına yiyələnmiş yüksək ixtisaslı mütəxəssisi olan masaj kabinetləri fəaliyyət göstərir;

Müasir texnologiyalar

- İş prosesində keyfiyyətli nəticələr əldə etməyə imkan verən tibbi və idman texnologiyaları innovasiyalarından istifadə edilir;

Hamilə qadınlar üçün faydalıdır

- Metod hamiləlik və doğuşdan sonrakı bərpa dövründəki məşğələlər sistemi kimi öz gözəl təsdiqini tapmışdır. Bədənin lazımı yerində gücü azaltmağa imkan verən xüsusi avadanlıqlardan istifadə edilməsi, uşağı daşımaq zamanı məşqlər üçün ideal uyğundur.

Bel və çiyin ağrılarını azaldır

- Fərdi məşğələlər çiyin ağrılarında, o cümlədən əzələ yırtıqlarında, osteoxondrozda, skoliozda, lordozda, kifozda, protuziyada qarın və bel əzələlərinin sabitləşdirilməsi üçün, həmçinin, koordinasiyanın mökəmləndirilməsi və eləcə də bütün bədənin hərəkətliliyinin inkişafı üçün əvəzedilməzdir.

Ən yaxşı Technogym kardio trenajorlar

- İndi studiyada pilates texnikası məşqlərini kardio güclə birləşdirmək istəyənlər üçün fitnes və sağlam həyat tərzi sahəsində dünya lideri Technogym şirkətinin trenajorlarında mümkündür;

Nadir İnbody aparatı

- Mərkəzdə bədən kütləsi indeksini, əzələ kütləsi həcmini, yaşlılar və uşaqlar üçün 5 seqment üzrə yağ tərkibli faizini 30 saniyədə hesablanmaq üçün İnbody innovasiya aparatı quraşdırılmışdır. Bunlardan əlavə, orqanizmdə protein və mineralların həcmi qiymətləndirilir, yaşlılarda gizli piylənmənin və uşaqlarda piylənmə mərhələlərinin monitorinqi aparılır. Çəkinin korreksiyası, qidalanma rejimi və fiziki yükün səviyyəsinə dair tövsiyələr verilir. Qeyd etmək lazımdır ki, kardiostimulyator quraşdırılmış şəxslər və hamilə qadınlar üçün təhqiqat aparılır.

PilatesLife® studiyasına xoş gəlmişiniz!

Bütün şübhələri kənara qoyun, elə bu saat başlayın!

Qrup məşqlərinə indi qeydiyyatdan keçin

Məşqçilərimiz

Müştərilərimizin baxışları