İnBody 270 aparatında çəkinin kompozit (tərkibli) ölçülməsi – bədənin tərkibini təhlil edən xüsusi aparatda ölçülməsidir. 30 saniyə müddətində yaşlılar və uşaqlar üçün 5 seqmentdə bədən kütləsi indeksinin, əzələ kütləsi həcminin və piy tərkibi faizinin hesablanması, orqanizmdə protein və mineralların həcminin qiymətləndirilməsi aparılır. Həmçinin, yaşlılarda gizli piylənmənin, uşaqlarda
piylənmə mərhələsinin monitorinqi qiymətləndirilir. Çəkinin tənzimlənməsi üçün tövsiyyələr, qidalanma rejimi və fiziki fəaliyyət səviyyəsi müəyyən edilir. İnBody texnologiyası patentləşdirilmiş və bədən tərkibinin digər analizatorlarından fərqlənir. Bu üsul 98% möhtəşəm dəqiqliyi (mütənasiblik
üzrə DEXA göstəricilər üzrə) və nəticələrin təkrarlana bilməsini təmin edir.
İnBody 270 cihazına kənar qurğuları ( printer və ya digər əlavə qurğular) qoşarkən, şəbəkəyə əvvəlcə əlavə qurguları qoşmaq, sonra isə İnBody 270 cihazını qoşmaq lazımdır. Bu qayda elektrik cərəyanından cihazda baş verə biləcək mümkün zədələnmələri aradan qaldırır.
İstehsalçı – Cənubi Koreya
İnBody tərəzisində tədqiqatlara hazırlıq:
- Ölçmələri qida qəbulundan minimum iki – üç saat sonra aparmaq lazımdır. Mədədə bütün olanlar bədən kütləsi kimi ölçülür, halbuki, bu belə deyil və nəticədə qeyri – dəqiq göstəricilər alınmasina səbəb olur.
- Prosedurdan yarim saat əvvəl sidik kisəsi boşaldılmalıdır;
- Müayinədən əvvəl iki sutka müddətində alkoqol, çay və kofe qəbul etməməli;
- Fiziki fəaliyyətdən dərhal sonra ölçmə aparmaq olmaz. Bele ki, fiziki fəaliyyət zamanı orqanizm müəyyən miqdarda su itirir ki, bu da təhlil nəticələrinin qeyri- dəqiqliyinə səbəb olur;
- Müayinə menstruasiya zamanı, menstruasiyadan 5 gün əvvəl və 5 gün sonra aparılmamalıdır, əks halda nəticələr dəqiq olmayacaqdır;
- Küçədə və otaqdaki temperatur arasında böyük fərq varsa, bədənin otaq temperaturuna uyğunlaşmasını gözlənmək lazımdır, Siz üşümüşsünüzsə və ya bədəniniz çox qızmışdırsa analizator səhv edəcəkdir;
- Daha dəqiq nəticə almaq üçün ölçmə proseduru zamanı bədəninizdə mümkün qədər az paltar və bəzək olmalıdır. Sərbəst paltar geyinməli və heç bir dar paltar və kalqotka olmamalı: paltar bədən konfiqurasiyasını dəyişəməməlidir;
Müayinə aparılmasında məhdudiyyətlər:
Kardiostimulyator bağlanmış şəxslərdə və hamilə qadınlarda müayinə aparılmamalıdır.