Müasir uşaqlar yeni texnologiyaların girovuna çevrilir, bununla da onların fiziki inkişaf səviyyəsi aşağı düşür. əgər siz öz uşaqlarınızın sağlam gələcəyi haqqında düşünürsünüzsə, pilates məşqlərinə diqqət yetirin.

Hər bir qayğıkeş valideyn anlayir ki, uşaqlıq – təkcə qayğısız xoşbəxtlik zamanı deyil, bu dövr balaca insanın daxılı orqanlarının, onun sinir sisteminin, dayaq-hərəkət aparatının təşəkkülü dövrüdür. Onların ilkin düzgün formalaşması gələcəkdə də uğurlu işləməsini təmin edəcəkdir.

Pilateslife studiyasında təcrübəli məşqçilərin nəzarəti altında pilates məşqləri erkən yaşlarda duruş pozğunluqlarının qarşısını almağa imkan verir, onurğa əyrilərini və pəncə sümüklərini düzgün formalaşdırır, oynaq və bağları möhkəmləndirir. Pilates məşğələləri əzələ sisteminin qurulmasına müsbət təsir göstərir. Bu texnikada bütün hərəkətlər rəvan, asta, hədsiz gərginlik olmadan icra edilir, ona görə də bağların dartılması təhlükəsi yoxdur.Çevik və elastik əzələlərdən tədricən möhkəm “karkas” formalaşır.

Uşaqların televizor və ya kompüter qarşısında davamlı olmalarının daha bir nəticəsi hipodinamiya (hərəkətsizlik) hesab edilir. Fiziki aktivliyin azalması artıq çəki yaranmasını qaçılmaz edir. Təəssüf ki, belə problem artıq çoxlu sayda uşaqlarda mövcuddur. Pilateslə müntəzəm məşqlər sizin uşağınızı yüngüllüyə və lazımı düzqamətliliyə qayitmağa imkan verəcəkdir.

Məşqin Detalları
Uzunluqu:50 dəq
Yer:4-cü mərtəbə
Adam sayı:4-5 nəfər
Qiymət:30₼