Əgər siz döşək üzərində pilates bazasını mənimsəmişsinizsə, reformer üzərində pilatesi də sınayin. Bu trenajor üzərində məşqlər, şübhəsiz, sizə tamamilə yeni hisslər bəxş edəcəkdir. Reformer 90 ildən artıq bundan əvvəl Jozef Pilates tərəfindən ixtira edilmiş və indiki zamanda döşək üzərində klassik pilates
kimi şöhrət qazanmamışdır. Bu, onun ilk növbədə kifayət qədər bahalı trenajor olması və istehsalçı şirkətlərin məhdud sayda olmasilə əlaqədardır. Həmçinin, Azərbaycanda praktik olaraq reformer üzərində məşqlər aparan sertifikatlı təlimatçıların olmaması da az rol oynamır. Pilateslife studiyası sizə Türkiyənin Pilates Akademiyasında master-klass keçmiş sertifikatlı məşqçilərlə məşqlər keçməyə imkan verir.
Reformer trenajoru üzərində pilatesin klassik pilateslə çoxlu ümumi tərəfləri vardır. Dərslər, əzələ-sabitləşdirici hərəkətlərdən ibarətdir, hərəkətlər rəvandır, oynaq və onurğanızda gərginlik yaratmır. Döşək üzərində olduğu kimi, burada bir dərsdə bütün əzələləriniz işləyir – bu mənada reformer universal trenajor hesab edilir.
Matdan fərqli olaraq Reformer üzərində məşqlər zamanı həmişə müvazinəti saxlamaq lazımdır və bununla, əksər əzələlər bərabər olaraq hərəkətə gəlir, o cümlədən nadir hallarda məşq edənlərdə. Belə məşqlər böyük rahatladıcı və müalicə effekti əmələ gətirir, orqanizmə daha bərabər təsir göstərir və nəticə müqayisəedilməz böyük həzz gətirir.
Detallar
Məşqçi
