Pilates metodu haqqında ümumi məlumat

Pilates-insanların travmadan (zədələnmədən) sonra bərpa edilməsi üçün XX əsrin əvvəllərində Jozef Pilates tərəfindən işlənib hazırlanmış fiziki hərəkətlər sistemidir. Pilates-zərbə yükü olmayan ən təhlükəsiz hərəkətlər proqramıdır, o kiçik zəif əzələləri də nəzərdən qaçırmayan əsas əzələ qruplarının dartaraq uzanmasına və möhkəmlənməsinə imkan verir. Bundan əlavə bu hərəkətlər istənilən
orqanizmin tələblərinə cavab verir, onlar bədənə ideal forma verir. Pilatesin digər bütün məşq növlərindən əsas fərqi-praktik olaraq mümkün olan zədələnmələri və neqativ reaksiyaları istisna edir. Pilatesdə onurğanın müxtəlif hissələrində ağrı sindromu zamanı bərpa olunmaq üçün çoxlu sayda hərəkətlər nəzərdə tutulur.

Pilates kimə uyğundur? Onunla hansı yaşda məşğul olmaq tövsiyə edilir?

Jozef Pilates özü, onun tərəfindən hazırlanmış metodika üzrə pilateslə hansı yaşda məşğul olmağa başlamaq haqqında demişdir:

Siz anlamalısınız ki, “fiziki qoçaqlıq” kimi anlayış yoxdur! İnsan orqanizmi saata və ya misdən hazırlanmış hər hansı cihaza bənzəyir. əgər onu bir tərəfə tullasanız, o pasla və oksidləşmə məhsullarilə örtülməyə başlayacaq, son nəticədə onlar o qədər çoxalacaq ki, mexanizm dayanacaq, belə ki, onun çarxları arasında çirklər o qədər çox toplanacaq ki, sadəcə olaraq o hərəkət etmək vəziyyətində olmayacaq.

Lakin həmin saatı yararsız hala düşmədən vaxtlı-vaxtında təmizləsək – bir möcüzənin şahidi olacağıq – o əvvəlki kimi dəqiq işləməyə başlayacaq və bizi illər uzunu sevindirəcək. Eləcə də bədən. Onunla çox köhnəlmiş və ona görə çox kövrək əşyanı bərpa edən usta kimi ehtiyatla və həssaslıqla məşq etməyə başlayaraq, bizim bədənimiz yenidən öz əvvəlki gəncliyinə qovuşa bilər

Hamilə qadınlar pilateslə məşğul ola bilərlər mi

Bəli ola bilərlər. Hamiləliyin ikinci trimestri həkimlər tərəfindən fiziki yük üçün ideal hesab olunur, ona görə də əks göstəriş yoxdursa Pilates əla seçimdir! Üçüncü trimestrdə məşğələlərin intensivliyini tədricən azaltmaq, hərəkətləri daha rəvan və sıçrayışlarsız icra etmək lazımdır. Məşqləri tam doğuşa qədər davam etmək olar. Başlıcası odur ki, həkim icazə versin.

Hamiləlik vaxtı pilates bədəni möhkəmləndirir, şişkinliyi aradan qaldırır, çanaq nahiyəsində durğunluğu minimuma endirir və onurğanın hərəkətliyini yüksəldir. Düzgün tənəffüs sayəsində emosional vəziyyət və yuxu yaxşılaşır, metabolizm sürətlənir. Bizim studiyamızda hamilələr üçün məşğələlər aparılır.

Arıqlamaq üçün pilates effektlidirmi?

Bizə tez-tez sual verirlər. Pilateslə məşğul olaraq arıqlamaq olarmı? Pilateslə məşğul olaraq həqiqətən arıqlamaq olar! Bir ay müntəzəm məşqlərdən sonra 1 ölçü arıqlamaq və qalıcı effekt əldə etmək mümkündür. Əlbəttə, düzgün qidalanmanı unutmaq lazım deyil. Məşqlərin icrası zamanı düzgün tənəffüsü öyrədirik, bunun da sayəsində qanın oksigenlə təchizatı yaxşılaşır. Nəticədə maddələr mübadiləsi sürətlənir, bu da artıq çəkidən qurtarmağa səbəb olur.

Kim məşğul ola bilməz, kimə əks göstərişi var?

Əminliklə demək olar ki, pilates üçün praktik olaraq əks göstəriş və yaş məhdudiyyəti yoxdur, uşaqlar və yaşlılar məşğul ola bilərlər. Budur bir neçə əks göstəriş:

* infeksiya olduğu halda

* bədən temperaturunun artması;

* xroniki xəstəliklərin müvəqqəti kəskinləşməsi;

* qanaxmalar;

* yaxın zamanda əməliyyat keçirmiş insanlar.

Skoliozda Pilateslə məşğul olmaq olarmı?

1 və 2 dərəcə skoliozda pilateslə məşğul olmaq olar, 3 dərəcə skoliozda pilates məşqləri yalnız sizin müalicə həkiminizin məsləhətilə və məşğələlər fərdi qaydada aparılacağı halda qadağan edilmir. Pilates, hərəkət balansını bərpaedici və yeni hərəkət stereotiplərini yarıda bilmək xüsusiyyətlərinə görə faydalı təsir göstərir.

Pilates sisteminin müəyyən məşğələləri onurğa əyriliyinin yaratdığı diskomfortu zəiflədir, hətta bir sıra hallarda əyirilmə dərəcəsini azaldır.

Onurğanın boyun hissəsində problemlər zamanı Pilates (boyun osteoxondrozu).

Buna bənzər diaqnozlu xəstələrə pilates aşağıdakı 2 faktora görə faydalı olacaqdır:

– Müntəzəm məşqlər onurğa sütununun bəzi hissələrinin zədələnmələrində əzələ sisteminin möhkəmlənməsi üçün son dərəcə vacibdir, belə ki, fəqərələrin dağılması və yerdəyişməsi, adətən, əzələ atrofiyası fonunda baş verir. İnkişaf etmiş əzələlər təbii bir korset kimi özünü göstərərək oynaqlarda gərginliyin bir hissəsini götürür və onların yerdəyişməsinə mane olur.

– ТEləcədə, məşğələlər prosesində zədələnmiş hissənin oynaqları öz təbii hərəkətliliyinə qayıdır. Pilates boyun osteoxondrozu zamanı əzələlərin dartılmasına imkan yaradaraq onları elastikləşdirir. Bu pasientin orqanizmində mühüm klinik effekt yaradaraq təhlükəli durğunluq fenomenini, bununla birlikdə bir sıra xoşagəlməz simptomları aradan qaldırır.

Pilates sellülitdən azad olmağa kömək edirmi?

Sellulit əleyhinə yalnız iki şey effektlidir:

1) Rasionunda mütləq tərəvəz və kəpəkli un məmulatları olmaqla kifayət miqdarda zülal məhsullarilə tarazlaşdırılmış qidalanma;

2) Idmanla, xüsusilə Pilateslə müntəzəm məşğul olmaq. Sellulitin nəzərə çarpacaq dərəcədə görünməməsi üçün sadəcə olaraq arıqlamaq zəruri deyil. Dərialtı piy liflərinin kiçildiyi halda əzələ kütləsinin artması lazımdır.

[lvca_accordion][lvca_panel panel_id=”panel-5c85fa67e9c54″ panel_title=”Pilates metodu haqqında ümumi məlumat”]Pilates-insanların travmadan (zədələnmədən) sonra bərpa edilməsi üçün XX əsrin əvvəllərində Jozef Pilates tərəfindən işlənib hazırlanmış fiziki hərəkətlər sistemidir. Pilates-zərbə yükü olmayan ən təhlükəsiz hərəkətlər proqramıdır, o kiçik zəif əzələləri də nəzərdən qaçırmayan əsas əzələ qruplarının dartaraq uzanmasına və möhkəmlənməsinə imkan verir. Bundan əlavə bu hərəkətlər istənilən
orqanizmin tələblərinə cavab verir, onlar bədənə ideal forma verir. Pilatesin digər bütün məşq növlərindən əsas fərqi-praktik olaraq mümkün olan zədələnmələri və neqativ reaksiyaları istisna edir. Pilatesdə onurğanın müxtəlif hissələrində ağrı sindromu zamanı bərpa olunmaq üçün çoxlu sayda hərəkətlər nəzərdə tutulur.[/lvca_panel][lvca_panel panel_id=”panel-5c85fa67e9c54″ panel_title=”Pilates kimə uyğundur? Onunla hansı yaşda məşğul olmaq tövsiyə edilir?”]Jozef Pilates özü, onun tərəfindən hazırlanmış metodika üzrə pilateslə hansı yaşda məşğul olmağa başlamaq haqqında demişdir:
Siz anlamalısınız ki, “fiziki qoçaqlıq” kimi anlayış yoxdur! İnsan orqanizmi saata və ya misdən hazırlanmış hər hansı cihaza bənzəyir. əgər onu bir tərəfə tullasanız, o pasla və oksidləşmə məhsullarilə örtülməyə başlayacaq, son nəticədə onlar o qədər çoxalacaq ki, mexanizm dayanacaq, belə ki, onun çarxları arasında çirklər o qədər çox toplanacaq ki, sadəcə olaraq o hərəkət etmək vəziyyətində olmayacaq.

Lakin həmin saatı yararsız hala düşmədən vaxtlı-vaxtında təmizləsək – bir möcüzənin şahidi olacağıq – o əvvəlki kimi dəqiq işləməyə başlayacaq və bizi illər uzunu sevindirəcək. Eləcə də bədən. Onunla çox köhnəlmiş və ona görə çox kövrək əşyanı bərpa edən usta kimi ehtiyatla və həssaslıqla məşq etməyə başlayaraq, bizim bədənimiz yenidən öz əvvəlki gəncliyinə qovuşa bilər.[/lvca_panel][lvca_panel panel_id=”panel-5c85fa67e9c54″ panel_title=”Hamilə qadınlar pilateslə məşğul ola bilərlər mi?”]Bəli ola bilərlər. Hamiləliyin ikinci trimestri həkimlər tərəfindən fiziki yük üçün ideal hesab olunur, ona görə də əks göstəriş yoxdursa Pilates əla seçimdir! Üçüncü trimestrdə məşğələlərin intensivliyini tədricən azaltmaq, hərəkətləri daha rəvan və sıçrayışlarsız icra etmək lazımdır. Məşqləri tam doğuşa qədər davam etmək olar. Başlıcası odur ki, həkim icazə versin.

Hamiləlik vaxtı pilates bədəni möhkəmləndirir, şişkinliyi aradan qaldırır, çanaq nahiyəsində durğunluğu minimuma endirir və onurğanın hərəkətliyini yüksəldir. Düzgün tənəffüs sayəsində emosional vəziyyət və yuxu yaxşılaşır, metabolizm sürətlənir. Bizim studiyamızda hamilələr üçün məşğələlər aparılır.
[/lvca_panel][lvca_panel panel_id=”panel-5c85fa67e9c54″ panel_title=”Arıqlamaq üçün pilates effektlidirmi?”]Bizə tez-tez sual verirlər. Pilateslə məşğul olaraq arıqlamaq olarmı? Pilateslə məşğul olaraq həqiqətən arıqlamaq olar! Bir ay müntəzəm məşqlərdən sonra 1 ölçü arıqlamaq və qalıcı effekt əldə etmək mümkündür. Əlbəttə, düzgün qidalanmanı unutmaq lazım deyil. Məşqlərin icrası zamanı düzgün tənəffüsü öyrədirik, bunun da sayəsində qanın oksigenlə təchizatı yaxşılaşır. Nəticədə maddələr mübadiləsi sürətlənir, bu da artıq çəkidən qurtarmağa səbəb olur.[/lvca_panel][lvca_panel panel_id=”panel-5c85fa67e9c54″ panel_title=”Kim məşğul ola bilməz, kimə əks göstərişi var?”]Əminliklə demək olar ki, pilates üçün praktik olaraq əks göstəriş və yaş məhdudiyyəti yoxdur, uşaqlar və yaşlılar məşğul ola bilərlər. Budur bir neçə əks göstəriş:

* infeksiya olduğu halda

* bədən temperaturunun artması;

* xroniki xəstəliklərin müvəqqəti kəskinləşməsi;

* qanaxmalar;

* yaxın zamanda əməliyyat keçirmiş insanlar.
[/lvca_panel][lvca_panel panel_id=”panel-5c85fa67e9c54″ panel_title=”Skoliozda Pilateslə məşğul olmaq olarmı?”]1 və 2 dərəcə skoliozda pilateslə məşğul olmaq olar, 3 dərəcə skoliozda pilates məşqləri yalnız sizin müalicə həkiminizin məsləhətilə və məşğələlər fərdi qaydada aparılacağı halda qadağan edilmir. Pilates, hərəkət balansını bərpaedici və yeni hərəkət stereotiplərini yarıda bilmək xüsusiyyətlərinə görə faydalı təsir göstərir.

Pilates sisteminin müəyyən məşğələləri onurğa əyriliyinin yaratdığı diskomfortu zəiflədir, hətta bir sıra hallarda əyirilmə dərəcəsini azaldır.[/lvca_panel][lvca_panel panel_id=”panel-5c85fa67e9c54″ panel_title=”Onurğanın boyun hissəsində problemlər zamanı Pilates (boyun osteoxondrozu).”]Buna bənzər diaqnozlu xəstələrə pilates aşağıdakı 2 faktora görə faydalı olacaqdır:

– Müntəzəm məşqlər onurğa sütununun bəzi hissələrinin zədələnmələrində əzələ sisteminin möhkəmlənməsi üçün son dərəcə vacibdir, belə ki, fəqərələrin dağılması və yerdəyişməsi, adətən, əzələ atrofiyası fonunda baş verir. İnkişaf etmiş əzələlər təbii bir korset kimi özünü göstərərək oynaqlarda gərginliyin bir hissəsini götürür və onların yerdəyişməsinə mane olur.

– ТEləcədə, məşğələlər prosesində zədələnmiş hissənin oynaqları öz təbii hərəkətliliyinə qayıdır. Pilates boyun osteoxondrozu zamanı əzələlərin dartılmasına imkan yaradaraq onları elastikləşdirir. Bu pasientin orqanizmində mühüm klinik effekt yaradaraq təhlükəli durğunluq fenomenini, bununla birlikdə bir sıra xoşagəlməz simptomları aradan qaldırır.[/lvca_panel][lvca_panel panel_id=”panel-5c85fa67e9c54″ panel_title=”Pilates sellülitdən azad olmağa kömək edirmi?”]Sellulit əleyhinə yalnız iki şey effektlidir:

1) Rasionunda mütləq tərəvəz və kəpəkli un məmulatları olmaqla kifayət miqdarda zülal məhsullarilə tarazlaşdırılmış qidalanma;

2) Idmanla, xüsusilə Pilateslə müntəzəm məşğul olmaq. Sellulitin nəzərə çarpacaq dərəcədə görünməməsi üçün sadəcə olaraq arıqlamaq zəruri deyil. Dərialtı piy liflərinin kiçildiyi halda əzələ kütləsinin artması lazımdır.[/lvca_panel][/lvca_accordion]