Şirkət haqqında məlumat
PilatesLife şirkəti 2016-cı ildə təsis edilmişdir, 2017-ci ildə isə PilatesLife studiyası müştərilər üçün qapılarını açdı. Şirkətin devizi –“ləyaqətli mükəmməllikdən azadlığa”, “hər şeydə mükəmməl” yığcam fəlsəfi ifadəni ehtiva edən “Bee Stunning, Be Free!” (“Təəccübləndir və azad ol!”) oldu. Aydınlaşdırıcı mükəmməlliyətçillikdən ibarət olan – “ideal əldə edilə bilər və əldə edilməlidir” inamını ifadə edən fəlsəfə belə yarandı. PilatesLife bu gün biznesdə ideala cəhd edən – Azərbaycanda ilk müqavilə əsasında istehsalat sahəsi olan pilates studiyası, məşqçilərin təhsilində öz metodu olan, pilates sənayesi sahəsində franşıza təklif edən və Azərbaycanda ilk françayzer şirkətidir. Şirkətin 30-dan artıq əməkdaşı olan iki – Baki və İstanbulda ofisi vardır.
Bizim istehsalımız Türkiyədə, İstanbulun Pendik məhəlləsindədir. Pilates üçün avadanlıq istehsalı ağac emalı üzrə ultra müasir avadanlıqlarla, CNC idarəetməli boruəymə avadanlıqlarilə, güc testi (sınaqları) aparmaq üçün avadanlıqlarla və s. təchiz edilmiş istehsal sexlərində təşkil edilmişdir. İstehsalat “Stasionar trenajorlar. Ümumi təhlükəsizlik tələbləri və sınaq metodları” ГОСТ p 56445-2015” üzrə sertifikatlaşdırılmışdır.
İstehsal etdiyimiz bütün avadanlıqlar ətraf mühit üçün təhlükəsiz və gigiyenik sertifikasiyadan keçmiş detal və materiallarla komplektləşdirilir. Bizim istehsal etdiyimiz pilates avadanlıqlarının əsasını, öz xüsusiyyətlərinə görə idman trenajorları istehsalı üçün əlahiddə ağac materiallarından qovaq təşkil edir. Bu fəsilə ağaclar kifayət qədər yüngül və yumşaq olduğundan asanlıqla emal edilir.
Bu kifayət qədər möhkəm materialdır. Belə ki, quru qovaq öz möhkəmliyinə görə betondan geri qalmır, böyüdükcə çəkisi artaraq daha davamlı olur. Bu ağac cinsinin qəribə xüsusiyyətləri vardır. Bizim tərəfimizdən düzgün qurudulması və emalı bu taxta materialını çürüməyə qarşı davamlı edir. Taxta səthlər ideal vəziyyətədək əllə diqqətlə işlənilir. İnsan bədəni ilə təmasda olan bütün metal qovşaqları və hissələri paslanmayan AISI 304 və AISI 3061 materiallarından hazırlanmışdır. Bu materiallar ən gigiyenikdir, məişət texnikası və yeyinti sənayesi üçün tövsiyə edilir. Biz nadir yenilikçi həlləri yalnız mexanizmlərdə tədbiq edirik, beləliklə pilates avadanlıqları üçün klassik funksional standartları qoruyuruq. Bununla, Jozef Pilatesin özünün yaratdığı klassik funksiyaları saxlayaraq trenajorlardan istifadə texnikasını sadələşdiririk.
Biz hər reformerin yaradılmasına həssaslıqla yanaşaraq istehsal prosesinə dəqiqliklə nəzarət edir və keyfiyyət standartlarına əməl edirik. Ona görə də biz avadanlıqlarımızın davamlılığına tam əminik və öz müştərilərimizə – 2 il müddətinə zəmanət veririk.
Biz hər reformerin yaradılmasına həssaslıqla yanaşaraq istehsal prosesinə dəqiqliklə nəzarət edir və keyfiyyət standartlarına əməl edirik. Ona görə də biz avadanlıqlarımızın davamlılığına tam əminik və öz müştərilərimizə – 2 il müddətinə zəmanət veririk.
Əlverişli qiymətlər
Şəxsi istehsalımız bizə əlverişli qiymətlər müəyyən etməyə imkan verir. Bizim qiymətlərimiz rəqiblərimiz tərəfindən təklif edilən eyni keyfiyyətli avadanlıqlardan iki dəfə aşağıdır. Siz xüsusi olaraq öz studiyanızın interyerinə uyğun dizaynda trenajora fərdi sifariş verə bilərsiniz.